Xoşagəlməz hadisələrdən, şəxslərdən bəhs edərək oxucuya müəyyən mənəvi dəyərlər aşılayan mənzumələr.
Dini və didaktik ədəbiyyatda hər bir uğursuzluq və müsibət ibrət almaq üçün səbəb kimi göstərilir, “tərbiyəni tərbiyəsizdən öyrənmək” bir fəlsəfi konsepsiya kimi irəli sürülür. Yunus Əmrənin bir İ.-si belədir:
Sənə ibrət gərək isə,
Gəl görəsən bu sinləri.
Gər daş isən əriyəsən,
Baxıb görücək bunları.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti