Müəyyən məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş fiziki və (və ya) hüquqi şəxslərin təsis etdikləri qeyri-kommersiya, qeyri-hökumət təşkilatı.
İ.B. könüllülük, özünüidarəetmə prinsipləri əsasında yaradılır, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmur. Jurnalistika sahəsində İ.B.-lər medianın inkişafına, söz və mətbuat azadlığının qorunmasına, professionallığın və peşə həmrəyliyinin yüksəldilməsinə xidmət göstərir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti