Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İDRİS

ibrani. idris (əslində hadras) sözündəndir. İdris kişi adı qədim yəhudi peyğəmbərlərindən olan Hadras Peyğəmbərin adının ərəbcələşdirilmiş biçimidir. İdris kişi adı “Quran”da adı çəkilən iyirmi beş peyğəmbərdən birinin adındandır.

Bəzi mənbələrdə dərs sözü ilə eyni kökdən olduğu, öyrənmək mənasını ifadə etdiyi barədə məlumatlara da rast gəlinir. Lüğətlərdə tərbiyə etmək, öyrətmək, təhsil vermək, oxutmaq mənaları da qeyd edilmişdir. Mənbələrdə dərzilərin ustadı hesab edilən əfsanəvi peyğəmbərlə əlaqədar olması, ilk dəfə tikiş işi ilə məşğul olduğu üçün təhsil vermək, təhsil almaq, eləcə də öyrənmək və öyrətmək mənalarının onun adı ilə əlaqədar olması barədə məlumatlara da rast gəlinir. İdris həm də Avropada və Qərbi Asiyada hündür, tikanlı kol bitkisinin adıdır. Hündürlüyü səkkiz, bəzən hətta on metrə çatan bu bitkinin ətirli, ağ rəngli gözəl gülləri olur. Bu çiçəkləri qurudub kulinarıyada ədviyyat kimi istifadə edirlər. Mövcud izahlı lüğətlərdə bəzən İdris şəxs adını bu bitkinin adı ilə də əlaqələndirirlər. Azərbaycanda İdris kişi adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti