Reklam
Reklam

Məsəllər, deyimlər

İKİ OD ARASINDA

►Olduqca mürəkkəb, çıxılmaz vəziyyət haqqında işlədilən ifadə.

İfadə monqolların Rusiyanı əsarət altında saxladığı illərdə rus knyazlarının ram edilməsi ilə bağlı yaranmışdır.

Rus feodal knyazlarını orda xanlarının hüzuruna «təmizləşmiş və müqəddəs başlanğıc olan od» ilə gətirirdilər. Sağ qalıb-qalmayacaqlarını bilməyən knyazları xan qərargahının qarşısında çatılmış iki tonqalın arasından keçirərək aparırdılar. Təbii ki, bu «səhnə» knyazlara həm də psixoloji təsir etmək üçün idi.

Çıxış yolu olmayan, əzablı, yorucu, çətin vəziyyəti ifadə edən bu frazeologizm bizim günlərdə də işlənir. Xalq arasında işlənən «Allah heç kimi iki od arasında qoymasın» ifadəsi də bu frazeologizmdən qaynaqlanır.

Məsəllər, deyimlər