Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

il [il] isim

1. Coğrafiya. Yer kürəsinin Günəş ətrafında bir dəfə dövr etdiyi müddət (yanvarın 1-dən başlayaraq hesablanan 12 aylıq dövr); ümumiyyətlə, Günəş ətrafında hər hansı planetin dövr müddəti. □ Bir tikənin qırx il haqqı var. (Atalar sözü).

2. Hər hansı bir gündən başlayaraq hesablanan 12 aylıq bir müddət. □ İki il səfərdə olmaq.

3. Cəm şəklində: tərkibdə sıra sayları ilə onillik müddətləri göstərir. □ Doxsanıncı illər.

4. Cəm şəklində: müəyyən zaman, dövr bildirir; dövr, zəmanə. □ Tələbəlik illəri. Məktəb illəri. Müharibə illəri.

Həmçinin bax:

frazeologizm: ay dolandı, il keçdi frazeologizm: ay ötdü, il dolandı frazeologizm: ayda-ildə bir frazeologizm: il vermək frazeologizm: ili çıxmaq frazeologizm: it ilində frazeologizm: it ilindən qalma frazeologizm: yüz il qala coğrafiya: ilin fəsilləri coğrafiya: ilin mövsümləri coğrafiya: illik amplituda coğrafiya: illik temperatur amplitudası coğrafiya: siderik il coğrafiya: tropik il coğrafiya: ulduz ili Azərbaycan dilinin izahlı lüğəti