1. Bir il davam edən və ya davam etmiş; bir il üçün nəzərdə tutulmuş, bir il üçün hesaba alınmış. □ İllik gəlir. İllik plan.
2. İldə bir dəfə çıxan, ildə bir dəfə olan. □ İllik jurnal.
3. Bir yaşında. □ İllik bala.
Qeyd: ..illik. İlin sayını bildirən mürəkkəb sözlərin ikinci tərkib hissəsi. Məsələn: beşillik, üçillik, ikiillik və s.
Azərbaycan dilinin izahlı lüğəti