iltimas sözü dilimizdə xahiş, rica, diləmə, minnət, yalvarma mənalarını ifadə edir.
Aşıq yaradıcılığında da, dastan dilimizdə də iltimas, iltimas etmək kəlmələrinə kifayət qədər rast gəlinməsi dilimizdə sözün uzun müddət ümumişlək sözlərdən olmasına dəlalət edir. Lakin bu gün iltimas sözünə yalnız poeziyada, nəsr dilində rast gəlinir. XX əsrin 70-80-ci illərinə qədər məişətimizdə geniş yayılmış, Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan İltimas adının daşıyıcıları bu gün, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti