iltizam sözü dilimizdə bir işin yerinə yetirilməsini lazım bilmə, özü üçün borc hesab etmə, boynuna götürmə, öhdəsinə götürmə, borc, vəzifə, məsuliyyət anlamlarını ifadə edir.
Qrammatikada iltizam sözü iş, hal, hərəkətin söylənilən andan icrasının lazım olduğunu göstərən feil forması – feilin lazım şəklidir. Bu gün Azərbaycanda iltizam ümumişlək sözlər sırasında olmasa da, dövlət idarələrində də, məişətdə də Dilindan iltizam aldıq; Yazılı iltizam verdi; Heç yera çıxmamaq barada iltizam imzalamıçdır, hara geda bilar ki və s. kimi ümumişlək ifadələr kifayət qədərdir. İltizam sözündən yaranmış iltizamnamə (öhdəlik kağızı, mütləq yerinə yetiriləsi yazılı vəd) sözü də dilimizdə çox işlənir. İltizam kişi adı bu gün artıq orta və yaşlı nəslin nümayəndələri arasında da çox nadir hallarda təsadüf edilən şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti