imad ad-din sözündın olub, dilimizdə dinin dirəyi, dinin sütunu, həmçinin dinə dayaq, dinin dayağı mənalarındadır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. İmadəddin kişi adı yaradıcılığının mərkəzində lirik qəhrəmanını – aşiqi yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən sevgilinin – Tanrının dayandığı, xalq arasında, əsasən, təxəllüsü ilə (Nəsimi) tanınan və sevilən Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsiminin (1369-1417) adındandır. Azərbaycanın ilk filosof-şairi, mütəfəkkiri, dövrün elmlərinin – dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanın bilicisi olmuş şair İmadəddin Nəsimi adı ilə məşhurdur. Bu gün məişətimizdə geniş yayılmış Nəsimi kişi adı da şairin təxəllüsündən yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti