Əldə olunma növünə və istifadə qaydasına görə məlumatların kateqoriyalara bölünməsi.
Bu göstəricilərə görə informasiyalar iki növə ayrılır: ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalar. Azərbaycan qanunvericiliyinə görə, alınması məhdudlaşdırılmayan bütün informasiyalar açıq informasiyalar sayılır. Alınması məhdudlaşdırılan informasiyalar isə hüquqi rejiminə görə məxfi və konfidensial (gizli) olur. Dövlət sirri məxfi xarakter daşıyır; vətəndaşların, hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri, habelə fərdi məlumatların böyük qismi konfidensial (gizli) informasiya kateqoriyasına aid edilir. Məlumatların dövlət sirrinə, yaxud konfidensial informasiyalara aid edilməsi, onların istifadə və mühafizə qaydaları, toplanması və yayılması şərtləri müvafiq qanunlarla tənzimlənir.
See also:
Jurnalistika terminləri lüğəti