►Hər hansı şəraitdə adamı sorğu-suala tutanlar haqqında işlədilən ifadə.
Dini әfsanәlərə görə, ifadə məzarda ölüləri sorğu-suala tutan İnkir-Minkir adlı mələklərlə bağlı yaranmışdır.
Bu adlar klassik әdəbiyyatda Munkir-Nәkir kimi işlәnsә dә, xalq dilinin təsiri ilә sonralar indiki şәklә düşmüşdür. Bu isә dil qanunlarının dindәn üstün olduğunu, dini ifadәlәri forma və mәzmunca dәyişib, cilalayıb öz strukturuna tabe edə bildiyini göstәrir.
Mәlumdur ki, Azərbaycan dilinin qoşa sözlərinin sıralanma qanununa görә, saitlә başlanan söz əvvәl, samitlә (xüsusilə «m» samiti ilә) başlanan söz isә ondan sonra gәlmәlidir. Bu qanunun tәsiri ilәdir ki, «Nәkir» sözü «İnkir» şәkli almışdır.
Bәzi dialektlәrdә «sorğu-sual başlamaq» mәnasında «Hinkir-minkir başlamaq» ifadәsi işlәdilir; məsələn: «indi burda mənnən nə hinkir-minkir başlayıbsan?» və s.
Müsәlman adәtinә görә, ölünü basdıran gecәsi oxunan dua axşam namazına qәdәr icra olunmalıdır. Burada Allaһa yalvarırlar ki, mərһumun mәzarından cin-şәyatini qovsun. Dini inanclara görə, elə birinci gecә Munkir vә Nәkir adlı ölüm mәlәklәri mәrһumun başının üstünü kəsdirir və sorğu-suala başlayırlar. Sağ qalanlar dua etmәklә mәrhumun bu sorğu-sualda vәziyyәtini yüngülləşdirmәyә çalışırlar.
Məsəllər, deyimlər