Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

interpretasiya

lat. interpretatio – şərh, izah

Əsərin fərqli yozumu, şərhi.

Elmi, ədəbi yaradıcılıq növü kimi İ. antik dövrdən məlumdur. Bir çox ədib və filosoflar başqalarının əsərlərini İ. etməklə həmin mövzu ilə bağlı yeni fikir, baxış ortaya qoyur, hətta yeniliyə imza atırdılar. Orta əsrlərdə Şərqdə antik şair, alim və filosofların əsərlərinin İ.-sı geniş yayılmışdı və bu, Yaxın və Orta Şərqdə elmin, fəlsəfi fikrin inkişafına güclü təkan vermişdi. Məsələn, N.Tusinin “Təhriri-İqlidis” (Evklidin şərhi) əsəri Evklid həndəsəsinin İ.-sı olsa da, Şərqdə həndəsəyə həsr olunmuş ən maraqlı əsərlərdən biridir. İncəsənətin müxtəlif sahələrində, xüsusilə musiqidə də İ. geniş yayılıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti