Bu sözün müqabilində həm də əyrik işlədilib. Rus dilindəki нить latınca netum (əyirmək) sözündəndir. Latış dilində isə ip sözü “verevka” (ruslara latışlardan keçib) “deşiyə salma” (saplama) mənasında işlədilir. Görünür, bu, sap sözünün şəhri ilə bağlıdır. Bizdə ip və sap fərqlənir, onlarda isə fərqlənmir. Balta sapı kimi birləşmələrdə də sap məhz “deşiyə salınan” deməkdir. İpə “əyrik” demişiksə, onda onun (ip sözünün) alınma olması ehtimalını irəli sürə bilərik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti