Reklam
Reklam

Məsəllər, deyimlər

İPİNİ ÇƏKMƏK

►Heç bir qayda-qanunla hesablaşmaq istәmәyәn, cızığından çıxan, ipә-sapa yatmayan adama təpinmək, onu cəzalandırmaq.

İfadənin meydana gәlmәsi el arasında yayılmış bir rəvayətlə bağlıdır.

Həmin rəvayətə görә, keçmişlәrdә gözәl nitqә malik bir şah var imiş. Mәclislərdә hər hansı mәsəlә barədə mübahisə düşərkən hamıya qalib gələrmiş, lakin axırda әcaib bir hәrəkәti və ya mənasız bir sözü ilə bütün işləri korlarmış. Şah özü də bu xasiyyətindən xeyli narazı imiş və hərdən vəzirindən bununla bağlı məsləhət istəyərmiş.

Bir dәfә yenә də mühüm bir dövlәt işi barәsindә ciddi söhbət olacaqmış. Vәziri ona deyir ki, qoy sәnin qarnına bir ip bağlayıb taxtın arxasında gizlәnim. Söhbәt zamanı nә vaxt ipi çәksәm, sәn sus, sözünə ara ver. Şah razılaşır. Mübahisә-müzakirә başlanır. Vaxt gәlir ki, vәzir şahın qarnına bağladığı ipi çәkir, şah müdrikcəsinə susub dayanır. Qonaqlar gedәndәn sonra vәzir şahdan soruşur ki, ipi çәkmәsәydim, nә deyәcәkdin? Şah cavab verir ki, soruşacaqdım, sizin dә qarnınıza ip bağlayıblar?

Dilimizdә «cilovunu çәkmәk», «zәncirini çәkmәk» ifadәlәrindən mәlum olur ki, «ipini çәkmәk» tәrkibi dә mәcazilik kәsb etmәk әsasında yaranmışdır.

Məsəllər, deyimlər