►Etibarsız, güvənilməyən, yarı yolda qoyan, bununla yanaşı, etdiyindən peşman olmayıb hayla-küylə danışan adamlar haqqında deyilən ifadə.
İfadə qədimdə insanların bir-birinə yaxınlığının «iplə bağlı olması» barədə təsəvvüründən qaynaqlanaraq yayılmışdır.
Qәdimlәrdә «dostluq», «yoldaşlıq», «qardaşlıq» vә bu kimi mücәrrәd mәfhumlar dedikdə konkret vә real şәkildə belә tәsәvvür edilirdi ki, müxtәlif adamlar mәhz müәyyәn iplә bir-birinə bağlanmış olurlar. Odur ki vəfasız adamlar haqqında «qırdı-qaçdı» (dostluq ipini qırdı; dostluqda sabit deyil) deyilir. Xalq içәrisindә, xüsusən folklor ədəbiyyatında dostluğu (dostluq ipini) vә ya qardaşlığı (qardaşlıq ipini) kәsmәk adәti haqqında maraqlı nümunәlər vardır.
Qədimlərdə birisi ilə münasibətləri pozmaq, «dostluğu kәsmәk», əslindә, bu ipi, dostluq ipini kәsmәklә icra olunurdu. Bu tәrkibdә «ip» yerinə bәzən dә «tel» işlәnir: «dostluq tellәri ilә bağlanmışlar» və s. «İp», ümumiyyәtlә, hәyat, varlıq, mövcudluq bildirir. Buna görәdir ki, «ipliyi üzülmәk» ifadәsi «zәiflәmәk», «ölmәk» mәnalarında xalq dilindә geniş şəkildə işlәdilir.
İzahdan belə mәlum olur ki, ipi (dostluq ipini vә s.) gözlәnilmәdәn kәsə bilәn adamın ipinin üstünә odun yığmaq olmaz. Ümumiyyətlə, xalq arasında belə hesab edilir ki, hər hansı sınaqdan keçməmiş, bərkdən-boşdan çıxmamış adamın ipinin üstünə odun yığmaq olmaz.
Məsəllər, deyimlər