Dövlət tərəfindən xüsusi mühafizə olunan və mətbuatda açıqlanması qadağan edilən iqtisadi xarakterli məlumatlar.
Bunlara mümkün hərbi əməliyyatlara hazırlıq planları ilə bağlı sənayenin səfərbərlik gücü, hərbi sahədə istifadə edilən strateji xammal və materialların həcmi və ehtiyatları, mülki müdafiə qüvvələri və vasitələri, inzibati idarəetmə obyektlərinin dislokasiyası və təyinatı, əhalinin təhlükəsizliyinin təminolunma dərəcəsi, dövlətin təhlükəsizliyinə xidmət edən nəqliyyat və rabitənin fəaliyyəti, dövlət müdafiə sifarişlərinin həcmi, silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması, onları hazırlayan və ya istehsal edən müəssisələr, mühüm müdafiə və ya iqtisadi əhəmiyyəti olan elmi və texniki nailiyyətlər, layihə işləri və texnologiyalar, strateji növlü faydalı qazıntıların ehtiyatları, istehsalı, idxalı və ixracı, habelə pul əsginaslarının, qiymətli kağızların hazırlanması, saxtalaşdırmadan qorunması, maliyyə fəaliyyətinin digər xüsusi tədbirləri haqqında informasiyalar daxildir. İ.S. dövlət sirrinin tərkib hissəsidir.
Jurnalistika terminləri lüğəti