Reklam
Reklam

Məsəllər, deyimlər

İRAN-TURAN MƏSƏLƏSİ

►Şərti coğrafi məkanı və tarixən bu coğrafiyada məskən salmış xalqların münasibətlərini əks etdirən ifadə.

Əsasən, poetik-romantik assosiasiya doğuran bu ifadə Firdovsinin məşhur «Şahnamә» əsərindən sonra yayılmışdır.

Əsərdə әfsanәvi Turan ölkәsi ilә aparılan müharibәlәr tәsvir olunur. Vaxtilә Fәridun adlı padşah çox böyük bir әrazidə hökmranlıq edirdi. O qocaldıqda öz torpaqlarını üç oğlu arasında bölür. Ölkәnin qәrbini Sarma, şәrqini Tura verib mәrkәzi hissәni oğlu İrәcә bağışlamışdı. Sonralar Sarmın ölkәsi Sarmatiya, Turun ölkәsi Turan adlanıb, İrәcin mәmlәkәtinә İran deyilmәyә başlamışdı. Lakin Tur daha yaxşı yerlәrә yiyәlәnmiş qardaşı İrәcin başını kәsib atası Fәriduna göndәrmişdi. Sonra İrәcin nәvәsi babasının intiqamını almışdı: bu dәfә zavallı Fəriduna ikinci oğlu Turun başını kәsib göndәrmişdilər. Fәridun düşmәnçilik edәn tәrәflәri barışdıra bilmәmışdi. Beləliklə, nəsillər dəyişir, amma müharibәlәrin arası kәsilmirdi.

Prof. M.Adilova görə, İran-Turan müharibәsi, әslindә, zәrdüştilikdәki Xeyirlә Şәrin mübarizəsinin əyani əksi idi. Әsәrdә adı keçən «tur»(lar) islamın qәlәbəsindən sonra gәlәn «türk»(lər)lә eynilәşdirilmişdir. Tədqiqatçılar «türk» sözünün kökünü «tur» şәklində bәrpa edirlәr, buradakı «-k» ünsürünü isә cәm şəkilçisi sayırlar. «Tur» sözü Orta Asiyada olan qədim türklәrin toteminin adıdır. «Turan» (turan) sözü dә, әslindә, mәnaca «türk» sözünә bәrabәrdır. Burada da «-an» ünsürü cәmlik anlayışını bildirir. «Tur» sözü «Avesta»da bir neçə yerdə «Tura» şәklindә işlәdilmişdir. Burada Tura xalqından bəhs olunur.

Hazırda da dilimizdә «Turan» sözü konkret bir yerin, әrazinin adı kimi deyil, şәrti mәnada işlәnir.

Məsəllər, deyimlər