Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

irçal

Ağdam, Ağdaş, Ağsu, Bakı, Göyçay, Kürdəmir, Mingəçevir, Oğuz, Saatlı

1. Üzüm mürəbbəsi (Ağdam, Ağdaş, Ağsu, Bakı, Kürdəmir, Mingəçevir). □ Bizdərdə ən çox irçal, bir də şor yi:llər (Kürdəmir).

2. Tut mürəbbəsi (Ağdam, Ağdaş, Oğuz, Şəki). □ Mən irçalı çox xoşduyram (Ağdaş); İrçal şirin olur (Oğuz).

3. Mürəbbə (Göyçay, Saatlı).  Bizzərdı mirabba diyən yoxdı, hamı irçal de:r (Saatlı).

Azərbaycan dilinin dialektoloji lüğəti