islam sözündəndir. İslam adı ərəb dilində slmkökündən törəmişdir. Monoteist dinlərdən biri olan sonuncu dinin (müsəlmanlıq) adındandır. İslam sözü sülh, barışıq, itaətkarlıq anlamındadır.
Sözün ümumi olaraq qəbul edilən iki anlamı vardır: 1) sülh (salam da bu kökdəndir); 2) boyun əymək, itaət etmək (Allaha təslim olmaq). Başqa sözlə, İslam yeganə Allaha təslim olmaq, boyun əymək deməkdir. Din tarixinə görə, İslam VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən insanların hidayəti üçün göndərilmiş dindir. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan Qureyşilər qəbiləsi, Haşimilər tayfasının nümayəndəsi Məhəmməd Peyğəmbərdir. Məhəmməd Peyğəmbər dünya tarixinin ən nüfuzlu şəxsiyyətlərindən hesab edilir. İslamın başlanğıc nəzəriyyəsi “Qurani-Kərim”də izah olunur və “Qurani-Kərim” Allahın kəlamı, Məhəmməd Peyğəmbərə nazil olunan ilahi vəhydir. Şəxs adlarının izahlı lüğətlərində İslam antroponiminin əfsanəvi Yaqub Peyğəmbərin qədim yəhudi dilində Şaul®Saul®İsrail ləqəbi ilə, həmçinin səlam/salam (itaət etmək, sadiq olmaq) sözü ilə əlaqədar olması barədə məlumatlara da rast gəlinir. Şərqdə olduğu kimi, ümumilikdə türk antroponimik vahidlər sistemində də İslam kişi adı geniş yayılmış şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti