şiə imamı Cəfər əs-Sadiqin oğlu İsmayılın adından
VIII əsrin ortalarında Yaxın Şərqdə yaranmış, islamın şiə təriqətinə aid ədəbiyyat.
İ.Ə. üçün təriqət təliminin fanatik təbliği xarakterikdir. Bu ədəbiyyata ərəb, fars, urdu və başqa dillərdə yazılmış dini-fəlsəfi traktatlar və bədii əsərlər daxildir. İsmailizm ortodoksal islama müxalif olaraq yaranmışdı. Onun nəzəriyyəçisi Qazi Hümanın yazdığı “İslamın əsasları” əsərindən (təxm. 950-ci il) ismaililər və şiələr indi də istifadə edirlər. X–XI əsrlərdə ismailiyyə vaizləri öz təlimlərini İranda və Orta Asiyada yayırdılar. Fars-tacik şairi Nəsir Xosrovun, Müəyyəd Şirazinin və başqalarının əsərlərində ismailizmin müxtəlif məsələləri şərh edilib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti