Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İSRAFİL ibrani.

s’erafim sözü ərəb dilinə keçdikdən sonra ərəbcələşdirimiş, israfil formasına düşmüşdür.

Bəzi mənbələrdə isə İsrafil qədim yəhudi dilində mövcud olmuş Sarof adının ərəbcələşdirilmiş forması kimi izah edilir. İsrafil odlu, atəşli, yandırıcı, yandıran anlamlarını ifadə edir. Xristian teologiyasına əsasən birinci dərəcəli səmavi ruhdur. İslam dininə görə isə İsrafil dörd əsas mələkdən birinin adıdır. Həmin bu mələk Qiyamət gününün gəlməsini insanlara şeypur çala-çala xəbər verərək ölüləri dirildəcəkdir. Bu gün İsrafil kişi adı məişətimizdə geniş yayılmış şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti