Reklam
Reklam

Etimologiya lüğəti

isti

Söz işıq, ilıq, his,isinmək, ilğım kimi kəlmələrlə qohumdur. Türk dillərinin bə­zi­lərində həmin sözlər yılıqçılıq, yışıq (və ya cışıq) formalarında işlədilir. Belə məlum olur ki, ulduz, alov, ilıq kimi sözlərin hamısı eyni kökə malik olub və ha­mı­sa da hərarət anlayışı ilə bağlıdır. İsti sözünün qədim kökü isdir. Buradan da is-in-mək, is-ti kimi sözlər əmələ gəlib, hətta istəmək (is+lə, yəni “işıqlı elə”), isin­mək, istək, işıq sözləri də qədim is kökü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti