Bu sifət “kəsmək” mənasını verən itmək (ötmək) feilindən əmələ gəlib. Əvvəlcə ötü kimi olub, sonra iti şəklinə düşüb, yitik, yiti formaları da mövcud olub. İtməz sözü “korş” demək olub. Ötgün isə “kəsib-keçən” deməkdir. Tiyə sözü də iti sözü ilə qohumdur. Qədim hind dilində də əçriş (iti) sözü tiyə mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti