ixtiyar sözü dilimizdə bir neçə mənada işlənir: 1. Öz arzusu və iradəsi; öz arzusu və iradəsi ilə hərəkət etmə; 2. Haqq, səlahiyyət, hüquq, bəyənmə, seçmə; 3. Könüllülük; 4. Güc, qüvvət; 5. Qoca, ahıl. İxtiyar kişi adı öz arzusu və iradəsi ilə hərəkət etmə anlamındadır.
İxtiyar kişi adı XX əsrin sonuna kimi məişətimizdə geniş yayılmış adlar sırasında olsa da, bu gün müşahidəediləcək dərəcədə azalmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti