Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

izah

Əsərdə çətin anlaşılan arxaizmlərin, əcnəbi söz və ifadələrin, xüsusi adların və s.-nin mənasını açıqlayan kiçik mətn; şərh.

Əsasən, tərcümə əsərlərində, klassik ədəbiyyat nümunələrində rast gəlinir. İ. müəllifin özü, tərcüməçi, nəşriyyat redaktoru və ya əsəri tədqiq etmiş mətnşünas alim tərəfindən verilə bilər. Kitablarda İ.-lar iki cür göstərilir:

1) izah olunan sözün rast gəlindiyi səhifənin aşağısında,

2) kitabın sonunda, “şərhlər” bölməsində.

Səhifənin aşağısında verildikdə mətndəki müvafiq söz və ya ifadə, adətən, ulduz (*) işarəsi ilə qeyd olunur. İzahlar kitabın sonunda verildikdə mətndəki izah olunan sözlər nömrələnir. Əsərin oxucu tərəfindən tam başa düşülməsi üçün İ.-ların rolu böyükdür.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti