1. Qarabasma, qorxulu yuxu, dəhşətli yuxu. □ Lakin bu, yuxu deyil, kabus idi. (Ə.Əbülhəsən).
2. Kölgə. □ Küçələri, evləri taun gəzir birbəbir; Bir qara kabus kimi o hər yerə baş çəkir. (B.Vahabzadə).
3. Xəstə təxəyyüllü və ya mistikaya qapılmış adamın gözünə görünən şey, xəyalən təsəvvürə gələn surət. □ Biri kabus kimi içəri girib qapını qapadı. (S.Hüseyn).