Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kağız [kağız] isim

1. Üzərində yazı yazılan, yazı çap edilən, rəsm çəkilən, yaxud başqa məqsədlər üçün işlədilən, ağac kütləsindən və s.-dən hazırlanan xüsusi material. □ Yazılmış kağız.
2. Üzərində yazı yazılan, yazı çap edilən, rəsm çəkilən, yaxud başqa məqsədlər üçün işlədilən, ağac kütləsindən və s.-dən hazırlanan xüsusi materialın bir vərəqi, bir parçası. □ Bir kağız ver, ərizə yazım.
3. Məktub. □ Kağız yazmaq. Kağız göndərmək.
4. Rəsmi mahiyyətdə olan hər cür yazılı sənəd; təliqə, iltizamnamə, arayış, yazılı məlumat. □ Yaş kağızı. İşıq kağızı. Mərkəzdən kağız gəldi.
5. Kağızlar şəklində – aksiya, istiqraz, banknot və s. mənaları bildirir. □ Qiymətli kağızlar. Kağızlar qiymətdən düşür.
6. Qumar oynamağa məxsus xüsusi surətdə hazırlanmış kağız parçaları topası; kart. □ Kağızı kim paylayacaq? Kağızı kəsmək.
7. Sifət kimi: kağızdan hazırlanmış, kağızdan düzəldilmiş. □ Kağız kisə.

Həmçinin bax:

jurnalistika: qəzet kağızı frazeologizm: dilindən kağız almaq frazeologizm: dilindən kağız vermək frazeologizm: kağız üzərində qalmaq frazeologizm: kağızı qara yazılmaq frazeologizm: qara kağız coğrafiya: sellüloz-kağız sənayesi Azərbaycan dilinin izahlı lüğəti