kaman və dar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Kamandar (bax: ad – KAMAN; DAR) kişi adı oxatan, mahir atıcı, həmçinin ağasının ox-yayını gəzdirən xidmətçi mənasındadır.
Adın daşıyıcıları arasında XX əsrdə aşıq sənətinin bilicisi, el içində Aşıq Kamandar kimi tanınan Kamandar Həmid oğlu Əfəndiyevin (1932-2000) yaradıcılığına alimlər, sənətşünaslar, musiqiçilər, incəsənət xadimləri yüksək qiymət vermişlər.
Azərbaycan şəxs adlarının izahlı lüğəti