Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kantata

ital. cantata > lat. canto – oxuyuram, ifa edirəm

1. Əlamətdar hadisə münasibətilə ifa olunan təntənəli mənzum-musiqili əsər.

K. XVI–XVII əsrlərin ayrıcında İtaliyada meydana çıxıb və inkişafa başlayıb. K.-da mifoloji süjetlərdən, alleqoriyadan geniş istifadə olunur. Adətən, ariya və xor ifası ritorik nəsrlə növbələşir. Məzmunca odanı xatırladır.

2. Təntənəli ruhda bəstələnmiş irihəcmli vokal-instrumental əsər.

Lirik-epik xarakterə malik olan K., adətən, ariya və xor hissələrindən ibarətdir. Məsələn, C.Cahangirovun “Füzuli” K.-sında mənzum mətn – M.Füzulinin şeirləridir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti