1. Özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan xüsusi bina. □ ..küçələrdə gəzə-gəzə bir adam axtarırdı ki, karvansaranı soruşsun, bir də gəlib bir meydana çıxdı. (“Koroğlu”).
2. Məcazi mənada: qonağı, gəlib-gedəni çox olan yer haqqında. □ Ev dönüb karvansaraya.
3. Böyük, geniş yer mənasında. □ Araba karvansara kimi böyük bir həyətə girdi. (A.Şaiq).
4. Məcazi mənada: yoxsul, kasıb, içində müxəlləfatı, dir-dirriyi olmayan mənzil haqqında. □ Evi karvansaraya oxşayır.