Mayedə qaz, buxar və ya onların qarışığı ilə dolan məsamələrin yaranması və yox olması.
Mayenin təzyiqi real mayelərin doymuş buxarının təzyiqindən (Rð) kiçik olan yerlərində yaranır. Maye axınında təzyiqin azalması sürətin dəyişməsinin nəticəsidirsə K. hidrodinamik, akustik dalğalarının yaranması ilə əlaqədardırsa, akustik K. adlanır.
Fizika terminlər lüğəti