►Çox cəhətlərinə görə bir-birinə uyğun gələn sevgililərin qovuşmasına xoş münasibəti əks etdirən ifadə.
İfadə fransız deyimlərindən qaynaqlanaraq başqa dillərdə də geniş yayılmışdır.
Bu ifadənin bədii ədəbiyyatda ilk dəfə «İki sevgili» adlı bir novellada işlədildiyi güman edilir. Həmin novella 1559-cu ildə Marqarita Navarrskayanın (1492–1549) tərtib etdiyi «Heptameron» toplusunda nəşr edilmişdir. Doğrudur, birmənalı şəkildə kimə mənsub olduğu dəqiq müəyyən edilməsə də, novella kifayət qədər geniş yayılmışdır.
Başqa bir fərziyyəyə görə, göstərilən ifadə 1608-ci ildə tərtib olunmuş «Adi yaranışlar» hüquq toplusuna daxil edilmişdir. Həmin topluda ifadə bu şəkildə işlədilir: «Tərəflər arasında kəbinlər göydə kəsilir, amma yerdə icra olunur».
Bəzi məlumatlara görə, kökü «Bibliya»nın yəhudi dilində izahı verilmiş «Midraş»a gedib çıxan ifadə bu şəkildə səslənir: «Sevgililər göydə qovuşur».
Bu gün də müxtəlif xalqlarda görünüş və xasiyyətcə bir-birinə uyğun olan gənclərin izdivacını alqışlamaq üçün «onların kəbini göydə kəsilib» qanadlı ifadəsi işlədilir. Azərbaycan dilində «ərlə arvadın torpağı bir yerdən götürülüb» ifadəsi də işlədilir.
Məsəllər, deyimlər