Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

kəcavə

Minik heyvanlarının (adətən, dəvənin) üstündə düzəldilən örtülü yer. (“Koroğlu” dastanının lüğəti)

Nigar xanımı atdan düşürüb kəcavəyə mindirdilər. (“Koroğlunun İstanbul səfəri”)

*

Koroğlu sözünü bitirib, Eyvaza dedi:

– Kənizlərə, nökərlərə xəbər elə kəcavə gətirib Nigar xanımı aparsınlar.

Bir göz qırpımında kənizlər ilə nökərlər Nigar xanımı kəcavəyə mindirib şənlənə-şənlənə Çəmlibelə doğru yola düşdülər. (Paris nüsxəsi, 5-ci məclis)

Azərbaycan dastanlarının leksikası