Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

keçici1 [keçici] sifət

1. Hər hansı bir yarışda və s.- də yeni qaliblərə, birincilik qazananlara verilən. □ Keçici kubok.
2. Müvəqqəti, ötəri. □ Keçici yağış. Keçici sevinc. Keçici həvəs.
3. Bir neçə il davam edən, keçən ildən qalan, gələn ilə qalan. □ Keçici mövzu. Keçici məbləğ.

keçici2 [keçici] sifət

Yoluxucu, yoluxan, keçən. □ Keçici xəstəlik.

Azərbaycan dilinin izahlı lüğəti