►Hər hansı məsələ ilə bağlı həlledici məqamda kəskin qərar qəbul etməkdən çəkinməyə çağırış kimi işlədilən ifadə.
İfadə ABŞ prezidenti Avraam Linkolnun (1809–1865) seçkiqabağı çıxışından sonra geniş yayılmışdır.
Əslində isə bu ifadə hələ XIX əsrdə Amerikada bərələrin işlədiyi bir çox çay keçidlərində xəbərdarlıq elanı kimi yazılıb sahildəki dirəklərə vurulurdu. Lakin həmin ifadəni ABŞ-ın 16-cı prezidenti A.Linkoln öz çıxışında ilk dəfə işlədərək məşhurlaşdırmışdır. O, 1864-cü ildə ikinci müddət üçün prezidentliyə namizədliyini irəli sürdüyü zaman etdiyi çıxışda bu ifadəni dilə gətirmişdir. A.Linkoln Amerika təki bir ölkədə siyasətin əsas elementi kimi qəti qərar qəbul etmənin vacib olması barədə danışmış və qeyd etmişdir ki, impulsiv və düşünülməmiş qərar bir adamı yox, bütün ölkəni fəlakətə apara bilər.
Hazırda bir çox ölkələrin ictimai-siyasi həyatında həlledici, kəskin keçid anlarında təhlükəli qərarların qəbul edilməsinin ziyanı ilə bağlı bu ifadə geniş işlədilir.
Məsəllər, deyimlər