kalantar sözündəndir. Səfəvilər dövründə şəhər başçısının maliyyə işlərinə, o cümlədən də vergilərin toplanmasına rəhbərlik edən işçilərinə kələntər deyirdilər.
Sonradan Kələntər kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Kələntər bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Hazırda Kələntərov, Kələntərli, Kələntərzadə kimi soyadların kifayət qədər mövcud olması yaxın keçmişə qədər məişətimizdə adın geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti