Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

kəlmə [kəlmə] isim ərəb

1. Söz, ifadə, ibarə. □ Qurban mollanın ağzından çıxan kəlmələri yeyəcəkmiş kimi .. onu dinləyirdi. (A.Şaiq).
2. Saylarla işlənərək – bir neçə söz, az söz, qısaca. □ Mehriban iki kəlmə ilə yenə içə bilməyəcəyini və içmək istəmədiyini bildirdi. (S.Hüseyn).
3. İlahiyyat. Müsəlmanlığın əsas rəmzi olan “lailahə illəllah, Məhəmmədün-rəsullüllah” ifadəsi (islam dininə görə hər bir müsəlman yatmazdan qabaq və ya ölərkən və yaxud başqa hallarda bu ibarəni söyləməklə müsəlman olduğunu göstərir).

Həmçinin bax:

frazeologizm: beş kəlməni bir-birinə calaya bilməmək frazeologizm: iki kəlməni (sözü) bir-birinə calaya bilməmək frazeologizm: kəlmə kəsmək frazeologizm: kəlməsini ağzında qoymaq Azərbaycan dilinin izahlı lüğəti