1. Arxaizm. Qədim müharibələrdə düşməni tutmaq üçün uzaqdan atılan ucuilməkli uzun ip. □ ..axırda belindən kəməndini açıb, qayaya atdı. (“Koroğlu”).
2. Ovda heyvanı və ya xam atı tutmaq üçün işlədilən həmin ip. □ Bir dəfə xam at tuturduq, at Ruqiyyənin yanından keçən zaman Ruqiyyənin əlindən kəmənd çıxdı. (A.Divanbəyoğlu).
3. İlmək, bağ, düyün.
4. Klassik ədəbiyyatda gözəlin saçına, zülfünə işarə kimi işlənmişdir. □ O tari-zülfə əsirəm, şikayətim çoxdur; Özüm kəməndinə bağlanmışam iradə ilə. (S.Ə.Şirvani).
Həmçinin bax: