1. Bel bağlamaq, yaxud bir şeyi sarıyıb bağlamaq üçün zolaq şəklində kəsilmiş dar uzun dəri və s.; qayış. □ Kəməri qırılmaq. Təzə kəmər almaq. Belinə kəmər bağlamaq.
2. Paltar, palto və s.-də belə sarınan uzun ensiz parça; belbağı. □ Paltonun kəməri. Paltarın kəmərini açmaq.
3. Keçmişdə paltarın üstündən belə bağlanan qızıl, gümüş və s. ilə bəzədilmiş belbağı, qurşaq; təkbənd. □ Qızıl kəmər. Enli kəmər.
4. Tüfəng qayışı. □ ..Həcər təkrar papağı başına qoydu, əlini aynalıya atdı, kəməri çiyninə aşırdı. (S.Rəhimov).
5. Patrondaş mənasında. □ Tüfəngi doldurub aldım əlimə; Kəməri bağladım qoşa, belimə. (“Qaçaq Nəbi”).
6. Ümumiyyətlə, bir şeyin belinə bağlanan, sarınan, dövrələnən ip, qurşaq, çənbər və s. □ Çəlləyin kəməri.
1. Elektrotexnika. İçərisindən su, neft, qaz və s. axıtmaq üçün metal və ya saxsı boru. □ Neft kəməri. Su kəməri. Qaz kəməri.
2. Zoologiya. Soxulcanın bədəninin qabaq tərəfində qalınlaşmış hissə.
Zoologiya. Soxulcanın bədəninin qabaq tərəfində qalınlaşmış hissə.
1. İncəsənət. Qapı, pəncərə və s. üstündə yarımdairə (qövs) şəklində tağ. □ Qədim incəsənətimiz haqqında qiymətli material verən abidələr içərisində tunc kəmərlər xüsusilə maraqlıdır. (“İncəsənət”).
2. İncəsənət. Qövs şəklində tikili. □ Körpü kəməri.
Həmçinin bax: