Reklam
Reklam

Etimologiya lüğəti

kəpənək

Qopmaq feili ilə qohumdur. Üzərində tozcuqlar (qabıq, pulcuqlar, qopuq, kəpək) olduğu üçün belə adlanıb. Deməli tozlu, kəpəkli deməkdir. İkinci ehtimal da mümkündür: qədim təsəvvürə görə, kəpənək ölülərin ruhu hesab olunurmuş. Bu mənada “bədəndən qopan” (yəni ruh) kimi də başa düşülə bilər. Başqa bir yozuma görə kəpənək sözünün mənası “ətsiz, əti olmayan” deməkdir. Birinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti