►Çətinliklərə sinə gərərək kiminsə və ya nəyinsə uğrunda özünü fəda etmək.
İfadә XVII әsr şifaһi xalq әdәbiyyatında yaranmış «Əsli vә Kәrәm» dastanından qaynaqlanır.
Dastanda iki sevgilinin mәһәbbәtinә mane olmaq istәyәn Qara Keşiş һeç bir vәcһlә Әslini Kәrәmә vermәyә razı olmur. O, Kәrәmi dәfәlәrlә oğru adlandırır, zindana saldırır, amma Kərəm inadından dönmür. Uzun әzab vә әziyyәtlәr verdiyi bu fәdakar aşiqin inadından әl çәkmәdiyini gördükdә Qara Keşiş hiylәyә әl atır. Zifaf gecәsi Әslinin sehrlənmiş düymәlәri açıldıqca yenidən bağlanır və «ah» nidasından qopan qığılcımlardan Kәrәm od tutub alışır vә onun külündәn Әsli dә yanıb mәhv olur.
İfadə əsərlərdə də geniş işlənir; məsələn, M.F.Axundzadənin «Hekayәti-xırs quldurbasan» pyesində obrazlardan birinin dilindən bu cür ifadə işlədilir: «...Nә gündüz dincәlә bilirәm, nә gecə yata bilirәm. Az qalıb dәli-divanә olub Mәcnun kimi dağa-daşa düşәm, Kərәm kimi alışam, yanam».
Məsəllər, deyimlər