KİNETOSTATİKA yun. kinētós – hərəkət edən + statika
Mexanikanın bölməsi.
Dinamika məsələlərinin həllini statikanın analitik və qrafik üsulları ilə öyrənir. Əsasını D’Alamber prinsipi təşkil edir. K. üsulları maşın və mexanizm dinamikası məsələlərinə daha çox tətbiq olunur.