Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

kiriş1

Cəbrayıl, Cənubi Azərbaycan, Gədəbəy, Gəncə, Kürdəmir, Qax, Qarakilsə, Salyan, Tovuz

1. Cəhrəni işlədən ip (Cəbrayıl, Tovuz).  Kiriş qırıldı, cəhrə dayandı (Cəbrayıl); Kiriş olmasa cəhrə işdəməz (Tovuz).

2. Qoyun bağırsağından hazırlanmış bağ (Gəncə). □ Kirişdən cələ qayrıllar.

kiriş2

Cəbrayıl

Yağ saxlanan qab. □ Kirişləri yağnan doldudular.

kiriş3

Cəbrayıl, Şərur

Yeməli bitki adı. □ Uşaxlar kiriş yığmağa getdilər (Cəbrayıl).

kiriş4

Gədəbəy

Yeni doğmuş heyvanın ilk südü. □ Kirişi buzoya qoymarıx kın, əmsin.

Azərbaycan dilinin dialektoloji lüğəti