Reklam
Reklam

Etimologiya lüğəti

köbələk

Ruslardakı гриб sözünü Peterson гроб sözü ilə bağlayır. Yakobson isə “то, что врывается, вылазит из земли” kimi izah edir. Petersonun fikri inandırı­cıdır və bizdə də köbələk “köpmək” sözü ilə qohumdur. Qabaq kənddə qazma dam (pəyə) tikəndə ortada torpaq topası qalırdı, sonra onu damın üstünə atırdılar ki, yağış yağanda evə damcı tökülməsin. Həmin topa torpağa köbə deyirdilər. Bu baxımdan köbəköbələk arasında qohumluq axtarmağa dəyər. Deməli, köbələkköpmək (topa) qohum sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti