Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

koleus

Parlaq rəngli yarpaqları ilə seçilən dekorativ çoxillik ot bitkisi.

K. yüzillərdir ki, yarpaqlarına görə yetişdirirlər. K. qulluğa, havanın temperaturuna az tələbkardır. İşıqsevən bitkidir; bitkinin yarpaqlarında təmiz yaşıl rəng az olduqda böyüməsi üçün yaxşı işıqlandırma tələb olunur. K.-su parlaq günorta günəşindən qorumaq lazımdır. Yay fəslində bitkini dibçəyi ilə birgə eyvana və ya açıq verandaya qoymaq olar. Sulamaq üçün mülayim və ya otaq temperaturunda qalmış sudan istifadə etmək gərəkdir.

Biologiya terminlərinin izahlı lüğəti