Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

köməkçi feillər

Adətən, feillərlə işlənib onların analitik for­malarını meydana gətirən (yaradan) sözlər: etmək, eləmək, olmaq, başlamaq, bilmək, qılmaq  və s.

Köməkçi feillər vasitəsilə yaranan sözlər quruluşca mürəkkəb hesab olunur: görə bilmək, sevinə bilmək, savaşa başlamaq, əl eləmək, namaz qılmaq, sifariş eləmək. Lakin bu cür feillərdə əsas söz məcazi mənada işləndikdə frazeologizm sayılır: ağ eləmək, bənd olmaq, bata bilməmək.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti