Kommersiya sirri kimi qorunmasına qanunla icazə verilməyən yeniliklər, biliklər, sənədlər.
Bunlara dövlət sirri təşkil edən informasiyalar, təsis sənədlərində və maliyyə hesabatlarında əksini tapan məlumatlar, lisenziyalara, qiymətli kağızlara, əqli mülkiyyət obyektlərinə, özəlləşdirmənin şərtləri və həyata keçirilməsi prosesinə aid olan, habelə əməyin ödənilməsi formaları və məbləğinə, işçilərin say tərkibinə, boş iş yerlərinə, əməyin təhlükəsizliyinin və əhalinin sağlamlığının təmin edilməsinə dair bilgilər daxildir. Barəsində məsuliyyət növü nəzərdə tutulan əməllər, hüquqi şəxslərin ləğvi, qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar da kommersiya sirri kimi qoruna bilməz.
Jurnalistika terminləri lüğəti