Bir dövlətin digər dövlət ərazisində müəyyən funksiyaları yerinə yetirən xarici əlaqələr orqanı.
K.-un fəaliyyət zonası və iqamətgahının yeri iki dövlət arasında imzalanmış sazişlə müəyyənləşdirilir. K. səfirlikdən fərqlənir: səfirlik, əsasən, siyasi xarakterli ümumi məsələlərlə məşğul olur, K. isə yerli orqanlarla daim əlaqə saxlayaraq bilavasitə öz vətəndaşlarına xidmət göstərmək, onların problemlərini həll etmək, sənədlərini (viza, pasport, notarial sənədlər, arayışlar və s.) hazırlamaq kimi funksiyalar yerinə yetirir.
See also:
Tarix terminləri lüğəti