►Adi standartlara sığmayan, normadan çox böyük olan ölçü vahidi haqqında işlədilən ifadə.
İfadə məşhur «Koroğlu» dastanından qaynaqlanır.
Rəvayətə görə, Koroğlu tacirlərdən şalı, parçanı özünün 3 metrlik arşını ilə ölçüb alırmış. Qubadlı və Zəngilan rayonları ərazisində «Cavanşir ata» günbəzindən başlayan bir düzənlik vardır. Bu düzəngah da «Koroğlu arşını» adlanır. Guya Koroğlu malı alanda nizə boyunu bir arşın hesab edərmiş. Koroğlunun bir qoşmasında deyilir:
Qızıb coşmamışam hələ,
Cidayla qumaş ölçülə...
Burdan da parçanı cida ilə ölçdüyü aydınlaşır. Bütün hallarda «Koroğlu arşını» qəbul olunmuş normadan artıq ölçü kimi qəbul edilir.
Məsəllər, deyimlər