Reklam
Reklam

Etimologiya lüğəti

kotan

Türk dillərində bu sözün əvəzinə, saban (səpən) işlədilib. Radlov yazır ki, sapan Azərbaycanda kotana deyirlər. Hər iki söz arasında  müəyyən fone­tik oxşarlıq və məna eyniyyəti əsas verir ki, onların qohumluğu haqqında fikir söy­ləyək. Hətta rus dilinə macarlardan keçmiş sablya (mənası: kəsən) sözü də sapan sözü ilə qohumdur. Dilimizdəki saman sözü də sapanla əlaqə­dar­dır. Deməli, sözün əsli kəsmək anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti